İranın raket zərbəsi zamanı ABŞ hərbçiləri kontuziya alıb

  • 11:24 - 17 Yanvar

8 yanvarda İranın ABŞ-ın İraqdakı Ayn-Əsəd bazasını ballistik raketlərlə vurması zamanı 11 amerikalı hərbçi kontuziya alıb.

Avropa.info xəbər verir ki, bu barədə “Defense One” saytı məlumat yayıb. Pentaqondakı mənbənin məlumatına görə, xəsarət alanlar Almaniyadakı hərbi hospitala çatdırılıb.

İraq və Suriyada əməliyyatlar aparan ABŞ hərbi qərargahı informasiyanı təsdiqləyiblər. Qərargahın rəsmi nümayəndəsi polkovnik Mayls Keqqinsheç kimin ölmədiyini, lakin raketlərin partlayışı zamanı kontuziya hallarının qeydə alındığını bildirib.


Oxunma sayı: 6491

Oxşar yazılar