Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verildi

  • 17 Yan - 2020

Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib.

Report-un xəbərinə görə, hakim Sənan Hacıyevə bu gündən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri vəzifəsinin icrası həvalə olunub.

Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü S.Hacıyev 2018-ci ildən Ali Məhkəmədə fəaliyyət göstərir. Ali Məhkəmənin ən gənc hakimi olan S.Hacıyev daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hakimi (2010-2013) və Bakı Apellyasiya Məhkəməsinin hakimi (2013-2018) olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.


Oxunma sayı: 3092

Oxşar yazılar