Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

  • 10:40 - 17 Yanvar

Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasından Avropa.info-ya verilən məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb.

Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.


Oxunma sayı: 6865

Oxşar yazılar