ABŞ Azərbaycandakı seçkiləri yaxından izləyir - Səfir
- 10:19 - 17 Yanvar
"Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədlərin qeydə alınmasını görməkdən şadıq".
Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.
O vurğulayıb ki, fərqli spektləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.
L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: "Biz şadıq ki, Azərbaycxan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik".