Bu gündən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir
- 10:17 - 17 Yanvar
Bu gündən etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir. Avropa.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Belə ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması fevralın 8-də saat 08:00-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.