Baş prokurordan yeni təyinat

  • 10:00 - 17 Yanvar

Bərdəyə yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov Bərdə rayonuna yeni prokuror təyin edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Asəf Sarıkişiyev Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.


Oxunma sayı: 5787

Oxşar yazılar