Hindistan Türkiyə qarşısında geri çəkildi

  • 00:10 - 17 Yanvar

Hindistan Malayziya və Türkiyədən idxalata məhdudiyyət qoymayacaq.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu Hindistanın Ticarət naziri Piyuş Qoyal deyib.

Nazirin sözlərinə görə, hökumət iki ölkə ilə bağlı heç bir məhdudiyyət tətbiq etməyi düşünmür.

Qeyd edək ki, bu gün Hindistanın Kəşmir məsələsiylə bağlı mövqelərinə görə Türkiyə və Malayziyadan idxalata məhdudiyyət tətbiq etməsi ilə bağlı məlumat yayılmışdı.


Oxunma sayı: 14136

Oxşar yazılar