Yunanıstanın Baş Naziri ölkə prezidenti vəzifəsinə qadın namizəd irəli sürüb

  • 23:15 - 16 Yanvar

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis ali hakim xanım Ekaterini Sakelaropulunun ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Avropa.info xəbər verir ki, xanım E.Sakelaropulunun namizədliyi parlament tərəfindən təsdiqlənərsə, o, Yunanıstanın ilk qadın prezidenti olacaq.

Qeyd edək ki, Yunanıstan parlament respublikasıdır. Prezident parlament tərəfindən 5 il müddətinə və ən çox iki dəfə seçilə bilər.


Oxunma sayı: 9516

Oxşar yazılar