Lənkəranda qəz nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs FHN əməkdaşları tərəfindən çıxarılıb

  • 22:40 - 16 Yanvar

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Zövlə kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. 

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 5710

Oxşar yazılar