Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub

  • 21:30 - 16 Yanvar

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi həlak olub, 13 nəfər yaralanıb.

Hadisə Azad Suriya Ordusunun (ASO) qərargahı qarşısında baş verib.

Həlak olanlardan ikisi türk zabitidir, digərləri ASO-nun üzvləridir.

Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.


Oxunma sayı: 7008

Oxşar yazılar