Azərbaycan gömrükçüləri ölkəyə qeyri-qanuni yolla 14 min ədəd siqaret keçirilməsinin qarşısını alıb

  • 20:55 - 16 Yanvar

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Avropa.info bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində "King" yazılan 14 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4687

Oxşar yazılar