Finlandiya Stalin dövründə həlak olmuş yüz minlərlə finin taleyini araşdırmaq niyyətindədir

  • 20:02 - 16 Yanvar

Finlandiya hökuməti inqilabdan sonra Rusiyaya gəlmiş və Stalin dövründə həlak olmuş yüz minlərlə finin taleyini araşdırmaq niyyətindədir.

Finlandiya hökumətinin mətbuat xidmətinin yaydığı xüsusi məlumatda belə deyilir.

Finlandiyada SSRİ-də finlərin taleyi mövzusunda açıq müzakirələr 2019-cu il avqust ayının sonlarında - ölkədə çıxan nüfuzlu “Helsingin Sanomat” qəzeti bu mövzu ilə bağlı məqalə dərc edəndən sonra başlayıb.

Finlandiya hökuməti 1917-1953-cü illər dövrünü əhatə edəcək irimiqyaslı araşdırmaya başlamaq barədə qərar qəbul edib. Bu günə olan məlumata görə, inqilabdan əvvəl Böyük Finlandiya Knyazlığı istisna olmaqla, Rusiya İmperiyası ərazisində 400 mindən çox etnik fin və karel yaşayıb.

İndi Finlandiya tədqiqatçıları hazırlıq işlərinə başlayıblar. Layihənin icrasına 2020-ci ilin avqustunda başlanacaq və 2025-ci ilin iyulunadək davam edəcək. Onun maliyyələşdirilməsinə Finlandiya hökuməti katibliyindən, Təhsil və Mədəniyyət Nazirliyindən 2 milyon avrodan çox vəsait ayrılacaq.


Oxunma sayı: 8603

Oxşar yazılar