Azyaşlılara siqaret satanlar cərimələndi - Foto

  • 16:49 - 16 Yanvar

Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumat görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək.

 


Oxunma sayı: 5710

Oxşar yazılar