Putinin istədiyi sistem dəyişikliyi Rusiyaya nələr gətirəcək – 11 maddəlik konstitusiya dəyişikliyində nələr var?

  • 16:38 - 16 Yanvar

Rusiya siyasi sistemi dəyişikliyə gedir. Rusiya prezidenti Vladimir Putin 11 maddəlik konstitusiya dəyişikliyi təklif edib. 

Avropa.info xəbər verir ki, Putinin təklif etdiyi konstitusiya dəyişikliyində bu maddələr nəzərdə tutulur.

- Beynəlxalq hüququn üstünlüyünə məhdudiyyət qoyulacaq.

- Birbaşa təyin olunan baş nazir, baş nazir müavinləri və nazirlər parlament tərəfindən seçiləcək.

- Məslətləşmə orqanı olan dövlət şurası icra hakimiyyətinə malik konstitusiya orqanı halına gətiriləcək.

- Prezident təhlükəsizlik təşkilatlarının sədrlərini, parlamentin yuxarı palatası Federasiya Şurası ilə məsləhətləşərək təyin edəcək.

- Prezidentin ən çox iki dövr üst-üstə fəaliyyət göstərməsi ilə bağlı maddədəki “üst üstə” ifadəsi çıxarılacaq.

- Prezident seçilmək üçün Rusiyada ən azı 10 il yaşamaq şərti 25 ilə çıxarılacaq.

- Keçmişdə belə başqa ölkə vətəndaşlığı, ya da yaşamaq icazəsi olan preizdent seçilməyəcək.

- Başqa ölkə vətəndaşlığı, ya da yaşamaq icazəsi olanların hakim, qubernator, bələdiyyə sədri, millət vəkili olması qadağan olunacaq.

- Parlamentin yuxarı palatası Federasiya Şurasına Konstitusiya məhkəməsi və ədliyyə hakimlərini vəzifədən azad etmək səlahiyyəti veriləcək.

- Konstitusiya məhkəməsi prezident tərəfindən imzalanan federal qanunların konstitusiyaya müvafiq olub-olmadığına nəzarət edəcək.


Oxunma sayı: 10066

Oxşar yazılar