“Bu oyunu da pozduq, hərbçilərimizi Liviyaya göndəririk” – Ərdoğan

  • 15:26 - 16 Yanvar

“Liviyadakı legitim hökumətin qalması və stabilliyi təmin etmək üçün bu ölkəyə hərbçilərimizi göndəririk. Türkiyənin təhlükəsizliyinin sərhədləri xaricində başlaması fikri ilə bütün imkanlarımızı səfərbər etməyə davam edəcəyik”.

Avropa.info xəbər verir ki, bu sözləri Liviyada baş verən proseslərə münasibət bildirən Türkiyə prezidenti Ərdoğan deyib. 

Ərdoğan Aralıq dənizinin şərqində baş verən prosesləri Türkiyəni öz sahillərinə həbs etməyə yönəlmiş ssenari adlandırıb.

“Əvvəlcə Şimali Kipr, sonra Liviya ilə bağladığımız müqavilələrlə bu oyunu da pozduq. Liviya ilə dəniz yurisdiksiyası müqaviləsi bağladıq. 

Türkiyə-Liviya dəniz sərhədləri arasında qalan bölgədə hər iki ölkənin razılığı olmadan axtarış-qazma işlərinin görülməsi hüquqdan artıq mümkün deyil. 2020-də bu sahələrə sənəd verib ən sürətli şəkildə axtarış və qazıntı fəaliyyətlərinə başlayırıq. “Oruc rəis” seysmik fəaliyyətlər aparacaq. Liviyanın legitim hökumətin qalması və stabilliyi təmin etmək üçün bu ölkəyə hərbçilərimizi göndəririk. Türkiyənin təhlükəsizliyinin sərhədləri xaricində başlaması fikri ilə bütün imkanlarımızı səfərbər etməyə davam edəcəyik”.


Oxunma sayı: 7151

Oxşar yazılar