Gürcüstanda SOCAR-ın filialına hücum edildi – Mühafizəçinin əl-qolunu bağlayıb...

  • 16 Yan - 2020

Gürcüstanın Kobuleti şəhərində "SOCAR Georgia Gas" şirkətinin filialının xidmət mərkəzinə hücum edilib.

Avropa.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşına hücum edərək əl-qolunu bağlayıb və ödəmə terminalını soymağa çalışıblar. Lakin onlar pulları oğurlaya bilməyib:

"Hamı sağ-salamatdır. Bu, artıq üçüncü belə haldır, biz indi bu halların qarşısının alınması üçün kameralar quraşdırırıq".

Hazırda polis cinayətkarların axtarışlarını aparır.


Oxunma sayı: 4104

Oxşar yazılar