Metyu Brayza: "Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

  • 14:46 - 16 Yanvar

“Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Avropa.info xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.  


Oxunma sayı: 5369

Oxşar yazılar