“Ağ Ev İran rejimini üç ayda devirməyi planlayırdı” – Həsən Ruhani

  • 14:46 - 16 Yanvar

İran və ABŞ arasında siyasi gərginlik azalsa da, iki dövlətin başçıları qarşı tərəf haqda ittiham və hədələr səsələndirməyə davam edirlər.

Avropa.info xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu gün televiziyada etdiyi çıxışda Ağ Evin İran rejimin 3 ay ərzində aradan qaldırmağa planladığını, ancaq uğursuz olduğunu deyib.

“Müharibə və sülh arasında bircə mərmi atəşi regiondakı müharibəni qızışdıra bilər” – Ruhani deyib.

Ruhani İranın uranı zənginləşdirməsinin nüvə müqaviləsində daha vacib olduğunu qeyd edərək, buna İran nüvə proqramında hər hansı məhdudiyyət olmadığını bildirib.


Oxunma sayı: 9395

Oxşar yazılar