Türkiyədə sorğu: Əhali yenə Azərbaycanı ən yaxın dost və müttəfiq hesab edir

  • 13:30 - 16 Yanvar

Türkiyənin Kadir Has Universitetinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.

Avropa.info xəbər verir ki, sorğunun nəticələrinə görə, Türkiyənin ən yaxın dostu və müttəfiqi Azərbaycan olub.

Sorğuda rəyi soruşulan respondentlərin 56,5%-i Azərbayacanı dost və müttəfiq olara gördüklərini bildirib.

Azərbaycandan sonra ikinci yerdə Şimali Kıbrız Türk Cümhuriyyəti, üçüncü yerdə isə Özbəkistan qərar tutub.

Fərqli ölkələrin Türkiyəyə təhdid olaraq qəbul edilib, edilmədikləri sualına vətəndaşların 64,5 faizi ABŞ-ın, 55,6 faizi isə İsrailin adını çəkib.


Oxunma sayı: 6051

Oxşar yazılar