“Avropa nüvə müqaviləsinin qalıqlarını da Trampın vədinə satdı” – Cavad Zərif

  • 13:35 - 16 Yanvar

Böyük Britaniya, Fransa və Almaniya ABŞ prezidenti Donald Trampın Avropa avtomobillərinin idxalına rüsumlar qoymamaq vədinə əvəz olaraq İran nüvə proqramının qalıqlarını da satdı.

Avropa.info xəbər verir ki, bu sözləri The Washington Post” qəzetində dərc olunan məqaləni şərh edən İran xarici işlər naziri Cavad Zərif deyib.

“Avroüçlük Trampın yeni rüsumlarından yaxa qurtarmaq üçün nüvə müqaviləsinin qalıqlarını da satdı. Belə getməz, dostlar. Siz bununla yalnız onun iştahasını qıcıqlandırırsız. Dürüstlüyünüzü satmaq istəyirsinizsə, irəli. Lakin yüksək əxlaq və hüquqi əsaslar haqda düşünməyin. Onlar sizdə yoxdur” – Zərif “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, 15 yanvarda “The Washington Post” qəzeti mənbələrinə istinadən yazmışdı ki, İranı nüvə proqramının pozulmasında ittiham etməyəcəkləri halda Tramp Paris, London və Berlini 25% rüsumla cəzalandıracaq. Qəzetə informasiya verən mənbələrdən biri bunu “qəsbkarlıq” adlandırmışdı. Lakin avropalılar onları ABŞ-ın “kukla”sı sayılması ehtimalını nəzərə alaraq Trampın təklifindən son anda imtina ediblər.


Oxunma sayı: 5897

Oxşar yazılar