ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqladı – Foto

  • 13:12 - 16 Yanvar

ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları bürosunun rəsmi internet səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək Parlament seçkilərində, seçki prosessini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb. 

Avropa.info təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, 26 nəfərin əks olunduğu siyahıda Albaniya, Çexiya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Rusiyadan, İsveçdən, İsveçrə, Türkiyə, Birləşmiş Krallıqdan nümayəndələr var.

Xatırladaq ki,  ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir. 

gallery

Oxunma sayı: 7481

Oxşar yazılar