Qaradağda evdən 26 min manat oğurlandı

  • 16 Yan - 2020

Qaradağ rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.


Oxunma sayı: 3059

Oxşar yazılar