Rusiyanın yeni baş naziri o olacaq

  • 11:46 - 16 Yanvar

Rusiya Dövlət Dumasında çoxluqda təmsil olunan hakim “Vahid Rusiya” partiyası baş nazir postuna Mixail Mişustinin namizədliyini dəstəkləyib.

Avropa.info xəbər verir ki, parlament fraksiyaları bu gün Federal Vergi Xidmətinin rəhbəri  Mixail Mişustinin baş nazir postuna təsdiqinə baxılması işinə başlayıblar. Onun dünən bütün hökumət üzvləri ilə birgə istefa verən baş nazir Dmitri Medvedevin yerini tutması gözlənilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Mişustini qəbul edərək, ona baş nazir postu təklif etmiş, o, da razılaşmışdı.


Oxunma sayı: 10352

Oxşar yazılar