Səsvermə günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək

  • 11:25 - 16 Yanvar

“Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. Qurumun "qaynar xətt"i fəaliyyət göstərəcək”. 

Avropa.info-nun məlumatına görə, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O deyib ki, qaynar xəttə daxil olan məlumatlar ilk öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək: “Öncəki seçkilərdə qaynar xəttə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”.


Oxunma sayı: 5567

Oxşar yazılar