Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilir

  • 11:23 - 16 Yanvar

Yanvarın 16-da Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib. Avropa.info-nun məlumatına görə, tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilir.

Tədbirin əsas məqsədi fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək, seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılmasıdır.

Sessiyada Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edirlər.

İclası açan MSK sədri KİV-lərin seçki prosesinin işıqlandırılmasında fəal iştirakının önəmindən bəhs edib.

Qeyd edək ki, tədbir çərçivəsində “Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları”, “Seçkinin mediada işıqlandırılmasına dair Azərbaycan qanunvericiliyi və təcrübəsi” və “Seçkinin mediada işıqlandırılması gender bərabərliyi kontekstində” mövzularında sessiyalar keçiriləcək.


Oxunma sayı: 6271

Oxşar yazılar