İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!

  • 00:24 - 16 Yanvar

Prezident İlham Əliyevin ötən ilin sonlarında verdiyi müsahibələrin birində Aİ-nin "Şərq Tərəfdaşlığı"  layihəsi ilə bağlı səsləndirdiyi tənqidi çıxışı çox keçmədən Avropa hakimiyyətlərinin qərarlarına öz təsirini göstərdi.

Xatırladaq ki, dövlət başçısı Şərq Tərəfdaşlığı layihəsinin gələcəyindən danışarkən, onun  perspektivlərinin açıqlanmaması, mövcud əməkdaşlıq mexanizmlərinin amorf mahiyyəti, müxtəlif ölkələrə münasibətdə ikili standartlar siyasətinin təzahürü ilə bağlı ciddi suallar qaldırmışdı.

 

Avropa Birliyi bu tənqidi çox ciddi qəbul etdi. Xəbər verildiyi kimi bu gün yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə  (704 iştirakçıdan 454-ü) “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edildi. Sənədin 36-cı maddəsi "Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin hamısının suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək öhdəliklərinin təsdiqləməsinə" aiddir.

Qeyd etmək lazımdır ki, beynəlxalq hüququn əsas elementlərinə ümumi yanaşmaya əsaslanan belə bir hüquqi tərif Azərbaycanın maraqlarına tam cavab verir. Beləliklə, məzmunca qətnaməsinin bu hissəsi, Moskvanın bilavasitə iştirakı ilə baş verən münaqişələrə (Avropa Parlamentinin mövqeyinə görə)  aid olan anti-Rusiya hissəsindən ayrılıb.

Bu qətnamənin əhəmiyyətini qiymətləndirmək üçün sənədin həm siyasi, həm də hüquqi ağırlığını və qeyd olunan bəndin hazırlanması prosesini mütləq başa düşmək lazımdır.

Beləliklə, Şərq Tərəfdaşlığının bir çox digər sənədlərindən fərqli olaraq, Avropa Parlamentinin "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ortaq siyasət haqqında" qətnaməsi deklarativ xarakter daşımır, əksinə doktrinal xarakter daşıyır, Avropa Birliyinin icra strukturlarını xarici siyasətinin inkişafı və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı məcburi edir. Şərq Tərəfdaşlığının  Xarici İşlər Komitəsinin sədri tərəfindən ənənəvi olaraq hazırlanan  qətnamə hər il qəbul edilir, orada il ərzində görülən işlərin təhlili verilir, həmçinin Aİ-nin gələn il üçün əsas prioritetləri və perspektivləri açıqlanır.

2019-2020-ci illər üçün bu sənədin qəbulunun əhəmiyyətini qiymətləndirməmək çətindir. Ümumiyyətlə, Avropa Parlamentinin bu yaxınlarda seçilmiş yeni tərkibi yeni yaradılan Avropa Komissiyasının beynəlxalq fəaliyyəti üçün siyasi çərçivəni müəyyənləşdirdi. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləmək öhdəliklərini təsdiqləyən müddəaların bu proqram üzrə fəaliyyətin əsas prioritetlərinə və hüquqi normalarına daxil edilməsi, ən azından Ermənistanın öz işğal siyasətini əsaslandırmaq üçün Aİ platformalarından istifadə edə bilməməsi deməkdir. Ən yaxşı halda isə Şərq Tərəfdaşlığının  münaqişələrdən əziyyət çəkən  ölkələri (o cümlədən Azərbaycan) Brussellə birgə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən istifadə etmək üçün əlavə imkanlar əldə etmiş olur.

Lakin ən maraqlısı odur ki, 2019-cu ilin noyabr ayında Avropa Parlamentinin deputatları tərəfindən baxılması üçün təklif olunan qətnamə layihəsinin orijinal mətnində Şərq Tərəfdaşlığı ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verməyə dair bənd yox idi. Həmin ölkələrin beynəlxalq səviyyədə tanınış sərhələrinin toxunulmazlığından isə heç söhbət getmirdi.  Bu müddəaların (əvvəlcə Ukraynaya, sonra isə bütün ŞT-nin ölkələrinə aid edilməklə) qətnamənin mətninə daxil edilməsi və Şərq Tərəfdaşlığının profil komitəsi tərəfindən təsdiqlənməsi, sonradan, 2019-cu ilin dekabrında baş verdi. Digər sənəblərlə yanaşı, bu məqam da  sənədin plenar müzakirəsinin təxirə salınmasına səbəb oldu və onun qəbul edilməsinin keçən ilin sonundan (həmişə olduğu kimi) 2020-ci ilin əvvəlinə keçirilməsini əvvəlcədən müəyyənləşdirdi.

Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı getdikcə güclənən müzakirələr fonunda Avropa Birliyinin yeni seçilmiş qurumlarının mövqeyində aşkar dinamika müşahidə olunur. Bu müzakirədə sonuncu və son dərəcə ifadəli məqam Prezident İlham Əliyev tərəfindən qoyuldu.  Ən başlıca sualı Azərbaycan prezidenti verdi və dərhal da onun cavabını müəyyənləşdirdi- "Şərq Tərəfdaşlığı" ölkələri üçün ümumi olan nədir? Bu yalnız onların sovet keçmişidir? Yaxud daha üstün səbəbdir ki, bunsuz  Avropa Birliyi ilə həqiqətən müstəqil dövlətlər arasında əməkdaşlıq layihəsi olan Şərq Tərəfdaşlığının mövcudluğu mümkünsüzdür?

Bu sualların cavabları qətnamənin yekun mətninin hazırlanmasında, müzakirə edilməsində  və sənədin qəbuluna dair səsvermədə  Avropa Parlamentinin deputatlarını tərk etmədi. Sənəd inandırıcı şəkildə göstərdi ki, Şərq Tərəfdaşlığı üçün ortaq məxrəc iştirakçı ölkələrin sovet keçmişi deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. Onların hər biri üçün, istisnasız olaraq. Bu müddəalardan hər hansı yayınma təkcə beynəlxalq hüququn əsas normalarının deyil, həm də Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın əsas prinsiplərinin pozulmasıdır. Bu postulat, heç olmasa Şərq Tərəfsaşlığı çərçivəsində Ermənistan tərəfindən müəyyən beynəlxalq hüquqi təriflərin spekulyativ manevrləri və şərhləri üçün yer qoymur.

Şərq Tərəfdaşlığı ölkələrinin gələcəyi fərqli olacaq. Assosiasiyalı tərəfdaşlar (Gürcüstan, Moldova, Ukrayna) AB ilə inteqrasiya variantlarını axtarmağa davam edəcək, Azərbaycan Avropa Birliyi ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji yönümlü tərəfdaşlıq əldə edəcək, özünü izolyasiya edən və xarici nəzarət altında olan Ermənistan isə “kasıb qohum” qismində qalacaq,  daim ianə diləyəcək...

Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq sahələri də dəyişəcək. Bəzi AB ölkələrinin banal iqtisadi ekspansiyasını ört-basdır edən ideoloji ritorika ciddi geosiyasi dəyişikliklər səbəbindən, təhlükəsizlik, nəqliyyat, rabitə, texnologiya, enerji və iqlim çağırışlarına cavab olaraq praktiki maddi maraqların qorunmasına əsaslanaraq daha praqmatik paradiqmaya çevrilməyə başlayır.

Şərq Tərəfdaşlığı beynəlxalq gündəmdə qalacaqsa, bu layihənin həyata keçirilməsi üçün dəyişməyən ümumi prinsip ancaq bundan ibarət olacaq - iştirakçı dövlətlərin həqiqi müstəqilliyi, Aİ-nin onların beynəlxalq səviyyədə tanınan  ərazi bütövlüyünə dəstəyi.

Prezident İlham Əliyevin dekabr ayındakı çıxışlarında Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı suallarına məhz bu cavab lazım idi. Dövlət başçısı faktiki olaraq Aİ-ni bu suallara cavab verməyə  sövq etdi.

Və o, həmin suallara cavabları  Avropa Parlamentinin hüquqi baxımdan məcburi və doktrinal sənədi şəklində aldı. 

/Virtualaz.org/


Oxunma sayı: 9142

Oxşar yazılar