BDU rəhbərliyi İslam dinini və Qurani Kərimi təhqir edən müəllimi cəzalandırdı - Rektor Elçin Babayev tələbələri qəbul etdi (Yenilənib)

  • 22:49 - 15 Yanvar

Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının müəllimi Rabil Süleymanlı İslam dini və Qurani Kərimi təhqir etdiyi üçün  BDU rəhbərliyi tərəfindən cəzalandırılıb.

Avropa.info xəbər verir ki, bu haqda BDU-nun coğrafiya fakultəsinin 3-cü kurs tələbəsi Elnar Bulud öz fecebook hesabında məlumat yayıb. Tələbənin yaydığı məlumata görə, dünən coğrafiya fakultəsində keçirilən imtahan zamanı Rabil Süleymanlının İslam dinini və Qurani Kərimi təhqir etməsi ilə əlaqədar BDU-nun rektoru Elçin Babayev onu qəbul edib. 

"BDU-nun rektoru Elçin Babayevlə az əvvəl görüşdük. Dünən qeyd etdiyim müəllim şiddətli töhmət alıb və artıq imtahanlara buraxılmayacaq. Üstəlik fəaliyyəti də xüsusi nəzarətə götürülüb. Ən xırda səhvində işdən azad olunacaq. Rektor bundan sonra BDU-da bu tip halların yaşanmayacağına təminat verdi. Rektor dedi ki, belə hal bir də yaşansa daha sərt tədbir görüləcək. BDU tələbələrindən kimsə bu tip hallarla qarşılaşarsa birbaşa rektorla əlaqə saxlasın. Rektor özü müvafiq tədbir görəcək.

Şəxsən müəllim haqqında verilən qərardan tam olaraq razı qalmasam da, bu tip halların universitetdə yaşanmayacağına verilən zəmanət əsas məqsədimin hasil olması deməkdir. Sırf inancına görə heç bir tələbənin islamafobik və ya digər şəkildə təzyiqlə üzləşməməyini təmin etmək əsas məqsədim idi. Ona da birlikdə nail olduq"- Elnar Bulud belə yazıb.

***

Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsində imtahan zamanı qalmaqal baş verib.

Avropa.info xəbər verir ki, fakulətinin tarix kafedrasının müəllimi Rabil Süleymanlı imtahan zamanı İslam dini və Qurani Kərim haqqında təhqiramiz ifadələr işlədib. Müəllimin təhqiramiz ifadələri tələbələrin etirazına səbəb olub.

Məsələyə öz facebook hesabında aydınlıq gətirən fakultənin 3-cü kurs tələbəsi Elnar Bulud hadisəni belə təsvir edib: 

"Demək bu gün səhər imtahanımız idi. İmtahan nəzarətçilərindən biri Rabil Süleymanlı adında 64 yaşlı bir müəllim imtahan başlayandan İslam dini və Qurani Kərim haqqında təhqiramiz ifadələr səsləndirməyə başladı. Müəllimə imtahana mane olduğunu dəfələrlə deməyimizə baxmayaraq uca səslə təhqiramiz sözlərini davam etdirirdi.

                                                                                                                          Rabil Süleymanlı 

Müəllim uca səslə "Müsəlmanlar savadsız olurlar, heç birinin qandığı şey yoxdur, din nədir? Müsəlmanlar hamısı terrorçudur" deyincə, mən "müəllim imtahana mane olursuz" deyə etiraz etdim. Mənə xitabən, "sən də dindarsan" soruşdu. "Əlhəmduliləh müsəlmanam" deyincə, üstümə qışqıraraq"öz dilində danış" dedi. 

Biraz keçmiş digər nəzarətçi müəllimə uca səslə "müsəlmanlar gericidirlər, həmişə demişəm yenə deyirəm gedin açın Quran oxuyun. Ərəbin nağıllarına da inanmayın" deyincə, yenidən etiraz etdim.  
 

Müəllim etirazıma cavab olaraq mənə, "Nə baxırsan? İndi ağlından keçir ki, əlimdə olsaydı bu müəllimə nələr edərdim?! Terrorçuya oxşayırsan. Bunlar hamısı belədir" deyərək, ucadan qışqırama başladı. 

Az keçmiş yanıma gəlib mənə "tələbə biletinə baxım. Görüm adın nədi sənin?  Özümü səndən qoruyum. Bu müsəlmanlar təhlükəli olurlar" dedi. Yenə də ədəbli şəkildə cavabını verməyə çalışdım.  
 

Müəllim bununla da yetmədi, imtahanın sonuna kimi İslam və Quran haqqında təhqiramiz ifadələr işlətdi.  60 nəfər tələbənin içində heç bir əsas olmadan mənə "terrorçu" dedi. Tələbələrin dini inancalarını ələ salmağa çalışdı. Vəzifəsindən (müəllimlik) istifadə edərək insanları etniq, irqi, dini mənsubiyyətinə görə başqalarının içində alçaltmaq, təhqir etmək hansı prisiplərə uyğundur? Belələrinin cavabı hüquqi baxımdan dövlət tərəfindən verilməlidir. Belə hallar bir də yaşanmasın deyə BDU rəhbərliyini də  tədbir görməyə çağırıram. Mənim və mənim kimilərin imtahan vaxtı keçirdiyi əsəb və gərginliyin, eyni zamanda sualların cavablarını yazmağa mane olan danışığın əvəzini kim və necə verəcək? "- Elnar Bulud belə deyib. 

Avropa.info


Oxunma sayı: 75208

Oxşar yazılar