Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”

  • 21:55 - 15 Yanvar

İranlı general Qasım Süleymaninin ölümündən sonra ABŞ və İran arasında yaşanan gərginlik azalmağa başladığı bir vaxtda İran Prezidenti Həsən Ruhani növbəti sərt açıqlama ilə diqqət mərkəzinə gəlib.

Türkiyə mətbuatının məlumatına görə, ABŞ əsgərlərinin bölgədə təhlükəsiz vəziyyətdə olmadığını vurğulayan Ruhani Avropa Birliyi əsgərlərinin də təhlükəyə düşə biləcəyini söyləyib.

ABŞ-ın Yaxın Şərqi etibarsız bir vəziyyətə sürüklədiyi fikrini müdafiə edən Ruhani Vaşinqton rəhbərliyini törətdiyi cinayətlərə görə üzr istəməyə dəvət edib.

“Bölgədəki ABŞ əsgərləri təhlükəsiz vəziyyətdə deyil. Bu, sabah Avropa Birliyi  əsgərləri üçün də qüvvədə ola bilər. Onlar da təhlükədə ola bilər”, - deyən Ruhani faktiki olaraq onları təhdid edib.


Oxunma sayı: 13597

Oxşar yazılar