İranda "donuz qripi"ndən ölənlərin sayı artıb

  • 15 Yan - 2020

İranda payızdan bəri "donuz qripi" kimi tanınan A H1N1 virusu nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb.

Bunu İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin qarşısının alınması mərkəzinin direktoru Hüseyn İrfani deyib.

H.İrfaninin sözlərinə görə, ötən həftə ərzində İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində bir ölüm halının qeydə alınması ilə ölənlərin sayı artıb.

O, əlavə edib ki, bu epidemiya hazırda tam şəkildə nəzarət altındadır və bu virusa yoluxma 2,1%-ə azalıb. Lakin son günlər ölkədə virusun B növünə yoluxma halları artıb. Bu isə qripin ikinci dalğasının başladığını təsdiqləyir.

Nazirlik rəsmisi deyib ki, virusun B növünün simptomları A növünün simptomlarına çox bənzəyir. A növü insanlar və heyvanlar, əsasən quşlar arasında yoluxucu ola bilər.

 

“Lakin B növü insanlar arasında yoluxucudur. B növü adətən mövsümdə olur və məhdud ərazidə yayılır".

Qeyd edək ki, dekabrın 2-dək İranda 56 nəfərin H1N1 virusu nəticəsində dünyasını dəyişdiyi bildirilmişdi.


Oxunma sayı: 3565

Oxşar yazılar