Putin Rusiyanın siyasi sistemini dəyişdirir – Konstitusiyaya dəyişikliklər ediləcək

  • 17:19 - 15 Yanvar

Rusiya prezidenti Vladimir Putin bugünkü çıxışında ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı təkliflərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Putin Rusiyannın güclü prezident respublikası kimi qalmalı olduğunu deyib. O, Dövlət Şurasının rolunu gücləndirməyi, həmçinin Dumaya baş nazir və hökumət üzvlərini razılaşdırmaq deyil, təsdiq etmək səlahiyyətinin verilməsini təklif edib. 

Təkliflərdən biri də güc strukturlarının başçılarının Federasiya Şurası ilə məsləhətləşmədən sonra təyin edilməsidir. Putinin fikrinə görə, Rusiya prezidentliyinə iddia edən şəxs ölkədə 25 ildən az yaşamamalıdr, həmçinin başqa ölkədə yaşayış qeydiyyatı və ikili vətəndaşlığa sahib olmamalıdır.

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Konstitusiyanın əsaslarını ehtiva etməyən bu maddələrin dəyişdirilməsi üçün referenduma ehtiyac yoxdur, Putin maddələrin səsvermə yolu ilə dəyişdirilməsi üçün sərəncam imzalayacaq. 


Oxunma sayı: 6414

Oxşar yazılar