Liviya Milli Həmrəylik Hökuməti : "Atəşkəsə BƏƏ mane oldu"

  • 16:50 - 15 Yanvar

Liviya Milli Həmrəylik Hökumətinin Dövlət Ali Şurası sədri Xalid əl-Mişri Liviyada atəşkəsə BƏƏ-nin mane olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, dünən Tobruk şəhərində yerləşən hökumətin Nümayəndələr Məclisinin sədri Akilə Saleh atəşkəsin başa çatdığını, müharibənin davam edəcəyini açıqlamışdı.

Türkiyə və Rusiyanın birgə səyi ilə hazırlanan atəşkəs müqaviləsi MHH tərəfindən imzalanmışdı. Lakin qiyamçı general Haftar atəşkəsin maddələri ilə bağlı fikirləşmək və müzakirə üçün 1 gün vaxt istəmişdi. Lakin müqaviləni imzalamadan Moskvanı tərk edib.

Haftarın ona maliyyə, hərbi yardım verən Misir və BƏƏ-nin zəngi ilə atəşkəsdən imtina etdiyi bildirilir.


Oxunma sayı: 6887

Oxşar yazılar