Türkiyə və Suriya kəşfiyyat rəislərinin Moskva görüşü - Rəsmi Ankara Əsəd rejimindən nə tələb etdi?

  • 15:20 - 15 Yanvar

Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidanın Suriya Milli Təhlükəsizlik Bürosunun sədri Əli Məmlüklə Moskva görüşünün bəzi detalları ortaya çıxıb.

Avropa.info xəbər verir ki, “Hürriyyət” qəzetinin jurnalisti Hande Fırat görüş barədə bunları yazıb:

“Rusiyanın Suriya və Türkiyə arasında dialoq yaradılması istiqamətində tələbi məlumdur. Hətta iki ölkəni eyni masa ətrafında oturtmaq istəyi də...Hakan Fidan ilə Əli Məmlük bu istəyi ən çox dilə gətirən ölkənin paytaxtı Moskvada görüşdü. 

Görüşü mətbuata əvvəlcə Suriya sızdırdı. Ankaraya görə Suriya rəsmi xəbər agentliyi SANA vasitəsilə xəbərin sızdırılmasının məqsədi isə Suriyanın Türkiyə və dünya ictimaiyyətində etibar axtarışı. Suriya “Dialoq tərəfi bizik” deyərək gündəmi yazdırdı.

Ankara bundan sonra adının açıqlanmasını istəməyən dövlət rəsmisinin vasitəsilə “Reuters”ə açıqlama verib gündəmi açıqladı.

Əldə etdiyim məlumata görə, görüş siyasi deyil. Ancaq Suriya ilə bağlı bütün məsələlər açıq və dəqiq müzakirə olundu. YPG ilə mübarizə Türkiyənin təhlükəsizlik prioritetləri türk heyəti tərəfindən izah olunub. Ankara qış dövründəki çətinlikləri və regionda yaşanan dramaları da başa salaraq, atəşkəsin qorunmasının vacibliyinə diqqət çəkib”.


Oxunma sayı: 9516

Oxşar yazılar