Türkiyədə 3 ildir bloklanan “Wikipedia” haqda məhkəmə qərar verdi

  • 13:39 - 15 Yanvar

Türkiyədə 3 ildir bloklanan “Wikipedia” saytı bu gün açılıb.

Avropa.info xəbər verir ki, Türkiyə Konstitusiya Məhkəməsi “Wikipedia”nın bloklanmasını demokratik cəmiyyət qaydasının tələblərinə uyğun olmaması haqda qərar verib. “Wikipedia”nın qapadılması üçün təhlükəli səbəb olmadığı vurğulanıb.

Səs çoxluğu ilə qəbul olunan qərar İnformasiya Texnologiyaları və Rabitə Təşkilatına göndərilib, sayta giriş yenidən bərpa olunub.


Oxunma sayı: 6304

Oxşar yazılar