İranda jurnalistlər rejimə üsyan etdi – Dövlət kanalının aparıcıları ard-arda istefa verdi

  • 12:38 - 15 Yanvar

İranın dövlət kanalı İRİB-də işləyən iki xəbər aparıcısı istefa verdiklərini açıqlayıblar.

Avropa.info xəbər verir ki, bir müddətə əvvəl istefa verən üçüncü aparıcı isə “13 il sizə dövlət adına yalanlar dedim” ifadəsi işlədib.

“The Guardian”nın yazdığı xəbərə görə, iranlı aparıcı Gelarə Cabbari “İnstagram” səhifəsi paylaşımında “Mənim üçün insanlarımızın öldürüldüyünə inanmaq çox çətin idi. Bunun bu qədər gec öyrəndiyim üçün məni bağışlayın. 13 ildir sizə yalanlar dediyim üçün məni bağışlayın” yazıb.

İstefa verən digər aparıcı Zəhra Xatəmi isə İRİB-dən istefasını “Bu günə qədər məni aparıcı kimi qəbul etdiyiniz üçün təşəkkürlər. Bir daha əsla televiziyaya qayıtmayacağam. Məni bağışlayın” sözləri ilə çatdırıb.

İRİB üçün işləyən digər jurnalist Saba Rada isə “Karyeram boyu mənə verdiyiniz dəstək üçün təşəkkürlər. Radio və televiziyada 21 il işlədikdən sonra mediadakı işimə davam edə bilməyəcəyimi çatdırıram. Bacarmayacam” yazıb.

Tehranda yerləşən İranlı Jurnalistlər Birliyi vəziyyəti “ictimai etimadın cənazəsi” kimi qiymətləndirib.

İran dövlət televiziyası Press TV-nin şərhçisi Qənbər Nadiri BBC radiosuna verdiyi müsahibədə “Hökumətə qarşı çox az etimad var və insanlar daha çox azadlıq istəyirlər. Vurulan sərnişin təyyarəsi ilə bağlı deyilən yalanlar üzündən xalqın etibarı itirildi. İran İnqilab Keşikçiləri Korpusu bunu çox yaxşı bilir.

Qasım Süleymaniyə suiq-qəsddən sonra milyonlarla adam küçələrə çıxdı. Bu nadir görülən an idi. Ancaq İran İslam Keşikçiləri Korpusu bunu məhv etdi. Jurnalist kimi gecələri yata bilməlisiniz. Həqiqətlə arama məsafə qoymayacağam. Bu əla millətdir. Qəbul edilməsi mümkün olmayan çox səhv edildi. Əgər İİKK mülki təyyarəni vurursa, bunu qınamaqdan başqa şansım yoxdur”, deyib.


Oxunma sayı: 9428

Oxşar yazılar