İran Ukrayna təyyarəsinin vurulma anını çəkən şəxsi həbs etdi – Açıqlaması dünyanı sarsıtdı (Foto/Video)

  • 12:09 - 15 Yanvar

İran Ukrayna təyyarəsinin raketlə vurulmasını videoya çəkən şəxsi həbs etdiyini bildirib.

Avropa.info  xəbər verir ki, həbs edilən şəxsə qarşı milli təhlükəsizlik barədə ittihamların irəli sürüləcəyi gözlənilir.

İran mətbuatında yer alan xəbərə görə, İnqilab Keşikçiləri (SEPAH) videonu çəkib sosial şəbəkədə yayan bir nəfəri həbs edib.

Videonu sosial şəbəkədə ilk paylaşan şəxs İran əsilli jurnalist və fəal Nəriman Qərib olmuşdu.  Şok edən görüntülər daha sonra sosial şəbəkələrdə sürətlə yayılmışdı.

İran'dan şaşırtan açıklama! O görüntüleri paylaşan kişi...

Nəriman Qərib "Bir mənbədən aldığım video 752 reysli uçuşun raketlə vurulma anını göstərir.Hələlik videonun həqiqiliyini təsdiq edə bilmirəm. Məlumatı olan varsa, lütfən mənimlə əlaqə saxlayın", deyə yazmışdı.

İran'dan şaşırtan açıklama! O görüntüleri paylaşan kişi...

Londonda yaşayan iranlı jurnalist Nəriman Qərib İranın həbs qərarını açıqladıqdan sonra məlumat yayıb və mənbəsinin güvəndə olduğunu söyləyib.

İranlı jurnalist İnqilab Keşikçilərinin yalnış adamı həbs etdiklərini açıqlayaraq, Kanadanın Baş Naziri Castin Trüdoya çağırış edib. Məsələ ilə bağlı Kanadadan hərəkətə keçməsini və iranlı rəsmilərdən həbs etdikləri yanlış şəxsin azad edilməsini istəyən Nəriman Qərib ona göndərilən videonu paylaşan şəxsi qəhrəman olaraq təqdim edib. Qərib, İnqilab Keşikilərinin videonu çəkən şəxsi həbs etməsi qərarına etiraz edib: "Videonu çəkən şəxs niyə həbs olunsun ki?"

"Twitter"də 55 mindən artıq izləyicisi olan Nəriman Qərib, "19 saniyəlik bir video çox gözəl şeyə vəsilə odu. Sizi deşifrə edənlərə nə olursa, olsun, tarix xatırlayacaq" deyə yazıb.

Xatırladaq ki, PS752 təyyarəsi keçən həftənin çərşənbə günü Tehranda havaya qalxdıqdan sonra vurulub və nəticədə göyərtədə olan 176 nəfər ölüb.

İran'dan şaşırtan açıklama! O görüntüleri paylaşan kişi...

 

İran'dan şaşırtan açıklama! O görüntüleri paylaşan kişi...

 

İran'dan şaşırtan açıklama! O görüntüleri paylaşan kişi...

9atC-XL-cUU

Oxunma sayı: 32374

Oxşar yazılar