İranda yenə avtobus aşdı: xeyli ölən və yaralanan var
- 11:42 - 15 Yanvar
İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.
Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.
O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir.
Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.
Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.