Ukrayna vurulmuş təyyarəsinin “qara qutu”sunu tələb etdi

  • 11:40 - 15 Yanvar

Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti Tehran səmasında vurulan “Boeing” təyyarəsinin “qara qutu”sunun Ukrayna tərəfinə verilməsi ilə bağlı İranın müvafiq orqanlarına müraciət edib.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, 8 yanvar səhəri Tehran-Kiyev reysi ilə uçan Boeing 737-800 təyyarəsi “düşmən hədəfi” sanılaraq İran HHM tərəfindən raketlə vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər ölmüşdü. 


Oxunma sayı: 7107

Oxşar yazılar