Belarusa neft nəql edə bilərik - SOCAR

  • 14 Yan - 2020

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, məsələ ilə bağlı danışıqlar aparılıb:

"Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələki bununla bağlı konkret bir şey yoxdur".

Qeyd edək ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy ölkəsinin Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət etdiyini deyib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.


Oxunma sayı: 3059

Oxşar yazılar