Qanada iki sərnişin avtobusu toqquşub, 29 nəfər ölüb, 59 nəfər yaralanıb

  • 22:20 - 14 Yanvar

Qananın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ölkə paytaxtından təxminən 200 kilometr məsafədə yerləşən Akkra şəhərində qeydə alınıb. Belə ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 29 nəfər ölüb, 59 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.(apa)


Oxunma sayı: 8581

Oxşar yazılar