Misirdə 630 kiloqram narkotik maddə müsadirə edilib

  • 20:35 - 14 Yanvar

Misirin Port Səid limanında 630 kiloqram narkotik maddə müsadirə edilib.

Gömrük əməkdaşları alma yüklənmiş konteynerdə qadağan olunmuş həşiş paketləri aşkar edərək götürüblər. Konteynerin Suriyadan AH adlı idxal-ixrac şirkəti tərəfindən gətirildiyi bildirilir.

Konteynerə baxış zamanı aşkar edilən alma qutularının içərisində gizlədilmiş 630 kq çəkisi olan 3 mindən çox həşiş paketi müsadirə olunub. Port Səid gömrüyünün mərkəzi departamenti və Azad Ticarət Zonası rəhbərliyi tərəfindən şirkətin sahiblərinə qarşı cinayət işi qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.


Oxunma sayı: 5842

Oxşar yazılar