Bakıda silahlı şəxs saxlanılıb

  • 14 Yan - 2020

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü PB-də toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq şöbəsinə göndərilib. 

 


Oxunma sayı: 3015

Oxşar yazılar