Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

  • 19:07 - 14 Yanvar

NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.

Avopa.info xəbər verir ki, Brüsseldə NATO-nun mənzil qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.

Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.

 

 

 

 


Oxunma sayı: 3587

Oxşar yazılar