Azərbaycanda ərzaq anbarı yandı

  • 14 Yan - 2020

Astarada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, rayonda ümumi sahəsi 612 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ərzaq malları 70 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 2751

Oxşar yazılar