İranın raket hücumundan ABŞ əsgərlərini Səddamın tikdirdiyi bunkerlər qoruyub

  • 17:19 - 14 Yanvar

İranın İraqdakı Ayn əl Əsəd aviabazasına raket hücumu zamanı ABŞ hərbçilərini Səddam Hüseynin tikdirdiyi sığınacaqlar qoruyub.

Avropa.info xəbər verir ki, bu barədə CNN telekanalının xəbərində deyilir. CNN-nin xəbərində ABŞ kəşfiyyatının 7 yanvardan etibarən amerikan qüvvələrinə xəbərdarlıqlar göndərdiyi və Ayn əl Əsəddəki amerikan personalının böyük hissəsini bunkerlərə girdiyi, az bir hissəsinin də başqa yerə aparıldığı deyilir.

Piramida formasında inşa edilmiş bu bunkerlər 1980-1988-ci illərdə İranla müharibə dövründə İraq prezidenti Səddam Hüseyn tərəfindən inşa edilib.

Xəbərdə 11 İran raketinin səhrada yerləşən İraq aviabazasındakı obyektlərə dəydiyini, digər raketlərin isə bazada aralı düşdüyünü bildirib. İran raketləri amerikalılar tərəfindən istifadə edilən bazanın üçdə birini yox edə bilib, bundan əlavə dron operatorları üçün xüsusi kompleks, iki otaq və bir kazarma xəsarət alıb.

ABŞ ordusu Səddam Hüseynin bunkerlərinin ballistik raketlərə müqavimət qabiliyyətindən tam əmin olmadığını qeyd edib, amma bu bunkerlər amerikalılar tərəfindən layihələşdirilən raket və bomba hücumundan müdafiə bunkerlərindən daha sağlam olduğunu açıqlayıb.

CNN ABŞ hərbi personalı arasında itkinin olmaması faktını “möcüzə” kimi qiymətləndirib. Raket hücumu əsnasında Ferqüson adlı çavuş diqqətini dağıtmaq üçün silahını hissələrə ayırdığını və qızlarına 100% ölməyə hazır olduğunu dediyini bildirib. 

Amerikalı polkovnik Staş Kolman İranın raket hücumu zamanı bunker qapılarının titrədiyini, lakin Ayn əl Əsəddəki bunkerlərin hücumdan təsirlənmədiyini bildirib.


Oxunma sayı: 12926

Oxşar yazılar