Oqtay Şirəliyev Narkoloji Mərkəzin baş direktorunu işdən çıxardı

  • 14 Yan - 2020

Səhiyyə Naziri Oqtay Şirəliyevin 14 yanvar tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə nazirlikdən Avropa.info-ya verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.


Oxunma sayı: 3532

Oxşar yazılar