Bakıda marşrut avtobusu qəza törətdi: Ölən var

  • 15:54 - 14 Yanvar

Bakıda marşrut avtobusu ağır qəza törədib.

Avropa.info xəbər verir ki, hadisə Binəqədi-Novxanı yolunda baş verib.

165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb./Publika.az


Oxunma sayı: 3785

Oxşar yazılar