"Qiyamçı Haftara haqq etdiyi dərsi verəcəyik" - Ərdoğan

  • 15:52 - 14 Yanvar

Türkiyə prezident Ərdoğan bu gün sədri olduğu partiyanın qrup iclasında Liviya vətəndaş müharibəsi və atəşkəslə bağlı Moskvada keçirilən danışıqlara toxunub.

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyənin Liviya siyasəti ilə bağlı bu sözləri deyib.

Liviya xəritə üzərində uzaq yer kimi görünə bilər, amma bizim üçün əsla yad yer deyildir. Barbarosun yadigarı Liviya Osmanlının bir hissəsi olub. Liviya və Liviya xalqı ilə isə çox dərin sosial əlaqələrimiz var. Bunun üçün Liviyada baş verənlərə laqeyd qala bilmərik. Kimsə bizdən liviyalı qardaşlarımıza kürəyimizi çevirməyimizi gözləyə bilməz. Liviyanı qana bulayanlar eyni zamanda ölkəmizə qarşı da kinlərini nümayiş etdirir. Bu ölkədə qiyamçı Haftara tabe olmayan ərəb qardaşlarımız var. Bu ölkədə Haftarın hədəfə aldığı qardaşlarımız var. Haftar onları da məhv etmək istəyir. Liviyada Haftarın etnik təmizlik apardığı və sayı bir milyon nəfəri  keçən Osmanlı təbəəsi Koroğlu türkləri də var.

Liviyadakı bütün qardaşlarımıza qarşı tarixi məsuliyyətimizin də fərqindəyik. Onlar keçmişdə ən çətin günlərimizdə yanımızda oldular. Bizim də onların yanında olmamız lazımdır. Bütün imkanları ilə liviyalı qardaşlarımızın köməyinə yetişdik. Bu ölkədəki türk varlığından belə xəbəri olmayanları gördükcə, inanın millətimiz adına üzülürük. Öz qardaşlarını belə tanımaqdan uzaq olanların bu millətin mübarizəsini aparmaq mümkün deyil. Qazi Mustafa Kamal Paşanın Liviyadakı mübarizəsi heç bir şey demirmi? Bildiyiniz kimi çox-çox vacib addımı, bütün hərbi anbarlarda nə var, nə yox hamısını ordumuzun əmrini verdiyini, verəcəyini dedi. Və bunu hazırda həyatda olan və Kipr sülh hərəkatı əsnasında vəzifədə olan hökumət rəsmiləri çox yaxşı bilir. Liviyanın göstərdiyi alicənablılığı bir kənara qoymaq mümkün deyil. 

Qəddafinin dediyi söz unudulmazdır: “Əlimdəki bütün silahlar türk ordusunun əmrindədir”. Bu hadisələr oldu, bunları bilirik. 

“Liviyada nə işimiş var” deyənlər siyasət tarixi cahilidir. Türkiyənin Liviya məsələsində ortaya qoyduğu qəti mövqe Aralıq dənizindəki oyunları pozmaqla yanaşı daha dərin arxa planı var. Belə ki, Türkiyə müdaxilə etməsəydi, bu gün Haftar bütün ölkəni ələ keçirmiş, Liviyanın xalqı zülmün pəncəsinə düşmüş olacaqdı. Atəşkəs müqavilə halına salmaq məqsədilə dünən Moskvada aparılan danışıqlarda Triplo hökuməti uzlaşdırıcı mövqe nümayiş etdirdi. Bu mövqeyə rəğmən qiyamçı Haftar atəşkəs imzalamağa yaxın durmadan. Əvvəlcə hə dedi, sonra təəssüf ki, Moskvanı tərk etdi, Moskvadan qaçdı və imzalamadı. Amma heyətimiz oradakı dürüst mövqe nümayiş etdirərək imzaladı və hazırda sənəd əlimizdədir. Biz vəzifəmizi gördük, bundan sonrası cənab Putin və onun komandasına aiddir... Biz heç bir zaman dediyimiz sözü inkar etmərik.

Haftarın ortaya qoyduğu şərtlər gerçək simasını göstərir. Daha əvvəlki müqavilələrin məzmununun heç də yaxşı olmadığını çox yaxşı bilirik. Bu gün atəşkəsi rədd etməsi bizi heç də təəccübləndirmədi. Ancaq bu dəfə keçmişdən fərqli olaraq işin içində Türkiyə var. Dünən Moskvada aparılan danışıqları qiyamçı Haftarın həqiqi simasını göstərməsi baxımından müsbət sayırıq. Qiyamçı Haftara layiq olduğu dərsi verməkdən də əsla geri çəkilməyəcəyik. Liviya xalqını azadlığa və stabilliyə qovuşduranadək vu regionda mövcudiyyətimiz davam edəcək”.


Oxunma sayı: 9835

Oxşar yazılar