Avtobusda vəziyyəti pisləşib yol kənarında ölənin kimliyi bilindi

  • 14 Yan - 2020

Bakıda ölüm hadisəsi baş verib.

Lent.az -ın əldə etdiyi məlumata görə, hadisə saat 11 radələrində paytaxtın Yasamal rayonunda, “Günəş” petrolun yaxınlığında qeydə alınıb. Belə ki, 77 saylı marşrut avtobusunda səhhəti pisləşən 60-65 yaşlarında kişi sərnişinlərin köməyi ilə düşürdülüb. Ətrafdakıların yardımına baxmayaraq, yaşlı kişi yol kənarında qəfil ürək tutmasından dünyasını dəyişib.

Yol kənarında dünyasını dəyişən şəxsin 70 yaşlı paytaxt sakini Novruzov Arif Yusif oğlu olduğu müəyyənləşdirlib.

Fatkla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 2828

Oxşar yazılar