"Türkiyənin güvənliyi Qafqazın güvənliyindən keçir" - Ərdoğan

  • 13:04 - 14 Yanvar

"Ölkəmizin bu dönəmdə atdığı addımlar önümüzdəki yarım əsri şəkilləndirəcək. Tarixin heç bir dönəmində qətliam ləkəsinə bulaşmayan bir millət olaraq, bizə yaraşan nədirsə onu edirik."

Avropa.info  xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantsındakı çıxışında deyib. Ərdoğan Türkiyənin Suriya və Liviyaya neft və pul üçün əsgər göndərmədiyini deyib. 

"Biz Lviya və Suriyada macəra axtarmırıq. Türkiyənin güvənliyi Liviyanın, İraqın, Qafqazın güvənliyindən keçdiyini hələ də anlamayanlar var. Amma həmd olsun millətimiz gerçəyi görür və dəstəkləyir. Bu səbəbdən də MHP lideri Dövlət Baxçəli və CHP-nin keçmiş sədri Dəniz Baykala göstərdikləri dövlət adamı davranışlarına görə təşəkkür edirəm."

Avropa.info


Oxunma sayı: 11298

Oxşar yazılar