“Reuters”: Hakan Fidan və Suriyanın kəşfiyyat sədri arasında ilk rəsmi görüş olub

  • 13:57 - 14 Yanvar

Moskvada Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəisi Hakan Fidan və Suriya kəşfiyyat təşkilatı Muhabəratın sədri Əli Məmlük arasında görüş olub.

Avropa.info xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyinə istinadən “Reuters” məlumat yayıb.

Adını açıqlanmasını istəməyən türk rəsmisinin sözlərinə görə, Ankara və Dəməşq rəsmiləri arasında İdlibdəki atəşkəs və Suriyadakı kürd ünsürlərə qarşı birgə əməkdaşlıq müzakirə olunub. Mənbənin sözlərinə görə, görüşdə “YPG-yə qarşı hər iki ölkənin birgə əməkdaşlığı” gündəmə gəlib.

SANA agentliyinin məlumatına görə, Əli Məmlük Fidana “Türkiyənin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməyi və türk hərbçilərin ölkədən çıxarılması çağırışı edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə və Suriya rəsmiləri arasında görüşlər olsa da, bu ilk rəsmi görüşdür.


Oxunma sayı: 8229

Oxşar yazılar